QDİƏT PA-nın nümayəndə heyəti oktyabrın 20-də Moldovada yerli seçkilərin müşahidəsində iştirak edəcəklər QDİƏT PA-nın nümayəndə heyəti oktyabrın 20-də Moldovada yerli seçkilərin müşahidəsində iştirak edəcəklər

QDİƏT PA-nın baş katibi Moldovanın parlament sədri ilə görüşüb

QDİƏT PA-nın nümayəndə heyəti oktyabrın 20-də Moldovada yerli seçkilərin müşahidəsində iştirak edəcəklər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi, Milli Məclisin üzvü Asəf Hacıyev və Gürcüstan parlamentinin deputatı, QDİƏT PA-nın Hüquqi və siyasi məsələlər üzrə komitəsinin sədr müavini Ramaz Nikolaişvili Moldovaya işgüzar səfər ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti Moldova parlamentinin yeni seçilən sədri Zinaida Qreçanı ilə görüşüb.

Tərəflər QDİƏT-ə üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi məsələsi və gələcək planları müzakirə ediblər. Görüşdə həmçinin QDİƏT PA-nın Mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin oktyabrda Kişinyovda keçiriləcək toplantısına hazırlıq məsələləri də nəzərdən keçirilib.

Bildirilib ki, QDİƏT PA-nın nümayəndə heyəti oktyabrın 20-də Moldovada keçiriləcək yerli seçkilərin müşahidəsində iştirak edəcəklər.

Z.Qreçanı deyib ki, Moldova QDİƏT Parlament Assambleyası ilə əlaqələrin gücləndirilməsinə böyük önəm verir. O, PA ilə məhsuldar əməkdaşlığın davam etdirilməsinə hazırlığını ifadə edib. (Report)

AzNews.az