Seymur Sadıqov əvvəllər Tovuz Regional Mühafizə İdarəsinin rəisi işləyib Seymur Sadıqov əvvəllər Tovuz Regional Mühafizə İdarəsinin rəisi işləyib

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

Seymur Sadıqov əvvəllər Tovuz Regional Mühafizə İdarəsinin rəisi işləyib

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə yeni rəis təyin edilib.

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenatı Seymur Sadıqov təyin olunub.

O, əvvəllər Tovuz Regional Mühafizə İdarəsinin rəisi işləyib.

Qeyd edək ki, Gəncə Regional Mühafizə İdarəsinin əvvəlki rəisi Şəmistan Kərimov isə təqaüdə göndərilib.

Nazirin digər əmrinə əsasən, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Nəsimi RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Nazirin digər əmri ilə 28-ci PB-nin keçmiş rəisi, polis polkovnik-leytenantı Hüseyn İmanov yenidən həmin bölmənin rəisi təyin olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı təsdiqləyib. (Report)