- Göz önü
- 9 Oktyabr 2019 15:48
- 2 518
Leyla Əliyeva “Black Star Burger” restoranında olub
Restoranda yeni filialların açılması ilə daha çox gənc iş yeri ilə təmin olunacaq
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda yeni açılan “Black Star Burger” restoranında olub.
Restoranla tanış olan Leyla Əliyevaya məşhur fast-food şəbəkəsinin paytaxtımızda fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, əsasən gənclərin işə cəlb olunduğu restoranda yeni filialların açılması ilə daha çox gənc iş yeri ilə təmin olunacaq.
L. Əliyeva bunu, gənclərin işlə təmin olunmasına verilən töhfə kimi qiymətləndirib. (Azadinform)