Vaxtanq Qomelauri Azərbaycana gəlib Vaxtanq Qomelauri Azərbaycana gəlib

Vilayət Eyvazov gürcü həmkarı ilə görüşdü

Vaxtanq Qomelauri Azərbaycana gəlib

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Azərbaycanda səfərdədir.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Gürcüstanın Baş Naziri Georgi Qaxarianın səfər heyətinin tərkibində Azərbaycana gələn V.Qomelauri ilə Azərbaycanın Daxili İşlər naziri Vilayət Eyvazov arasında ikitərəfli görüş keçirilib.

Tərəflər iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərini müzakirə ediblər. (APA)