Sabir Rüstəmxanlı qəzetin 1989-cu ildə bərpa olunması tarixindən bəhs edib Sabir Rüstəmxanlı qəzetin 1989-cu ildə bərpa olunması tarixindən bəhs edib

Bu hoteldə "Azərbaycan" qəzeti ilə bağlı tədbir keçirildi - 30 il

Sabir Rüstəmxanlı qəzetin 1989-cu ildə bərpa olunması tarixindən bəhs edib

Oktyabrın 16-da "Park Inn" hoteldə "Azərbaycan" qəzetinin yaranmasının 30 illiyi münasibəti ilə tədbir keçirilib.

Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək "Azərbaycan" qəzetinin yaranmasından bəhs edib. Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycan mətbuatının yaranmasının 145 yaşı tamam olacaq: "Bu o qədər uzun tarix olmasa da, Azərbaycan mətbuatı çox böyük inkişaf yolu keçib. Mən Azərbaycan mətbuatını dörd mərhələyə bölərdim. Birinci mərhələ" Əkinçi" qəzeti mərhələsidir ki, bu dövrdə Həsən bəy Zərdabi milli mətbuatın yolunu müəyyənləşdirib. İkinci mərhələ "Molla Nəsrəddin" və "Füyuzat" jurnallarının çıxdığı mərhələdir. Üçüncü mərhələ 1918-ci ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə çıxan "Azərbaycan" qəzeti dövrü idi. Qəzet əvvəl Gəncədə fəaliyyətə başladı, daha sonra Azərbaycan Demokratik Cümhuriyyətinin paytaxtı Bakıya köçəndən sonra qəzetin redaksiyası da Bakıya köçdü. Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğrayanda qəzet də bağlandı. Daha sonra "Azərbaycan" qəzeti Cənubi Azərbaycanda çıxdı. Dördüncü mərhələ isə "Azərbaycan" qəzetinin özünü bərpa elədiyi dövrdür".

S. Rüstəmxanlı "Azərbaycan" qəzetinin 1989-cu ildə bərpa olunması tarixindən də bəhs edib:

"Biz o dövrdə İsmayıl Şıxlı, Bəxtiyar Vababzadə, Şirməmməd Hüseynov və başqalarının dəstəyi ilə Qarabağ Xalq Yardımı Komitəsini yaratdıq. Mən də Komitənin tərkibində çıxan "Azərbaycan" qəzetinin baş redaktoru oldum. Qəzetin ilk nömrəsi oktyabrın 5-dən 6-a keçən gecə çıxdı və bütün ölkədə böyük marağa səbəb oldu. Əvvəllər qəzetin tirajı 100 min idisə, sonralar 500 min tiraja çatdı".

"Qəzetin birinci redaktoru Üzeyir Hacıbəyli yazırdı ki, biz firqə qəzeti buraxmırıq, istiqlal qəzeti buraxırıq. Bizim qəzet də Qarabağ Xalq Yardımı Komitəsinin tərkibində çıxsa da milli fikrin və demokratik düşüncəsinin inkişafına öz töhfəsini verirdi. Təsadüfi deyil ki, qəzetin 7 üzvü sonralar müstəqillik aktına imza atanların da içərisində yer aldılar", - deyə Xalq şairi bildirib.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək "Azərbaycan" qəzetinin bir məktəb olduğunu vurğulayaraq, qəzetin Azərbaycan jurnalistikasında özünəməxsus yer tutduğunu bildirib. O, 1989-cu ildə "Azərbaycan" qəzeti ilə əməkdaşlıq etmiş jurnalistləri Mətbuat Şurasının fəxri diplomları ilə təltif edib.

Tədbir çıxışlarla davam edib. (APA)

AzNews.az