"Alçaldaraq getmişdim, alçaldaraq getdiyim üçün çox utanaraq qayıtdım" "Alçaldaraq getmişdim, alçaldaraq getdiyim üçün çox utanaraq qayıtdım"

Ahmet Hakan Bakını öydü

"Alçaldaraq getmişdim, alçaldaraq getdiyim üçün çox utanaraq qayıtdım"

Türkiyənin məşhur jurnalisti, "Hüriyyet" qəzetinin köşə yazarı Ahmet Hakan bu dəfəki müəllif yazısında Bakı haqqında təəssüratlarını qeyd edib.

AzNews.az müəllifin "Bakı səyahətindən qayıdarkən təyyarədə müşahidə etdiyim Tayyib Ərdoğan" başlıqlı köşəsindən həmin hissəni təqdim edir:

"Bakı təəssüratları

Alçaldaraq getmişdim, alçaldaraq getdiyim üçün çox utanaraq qayıtdım.

*

“Qafqazın Parisi” deyərdim, amma Parisə tərif olar deyə narahatam.

*

Bizim Nişantaşı var ha... Onu 40-a vurun... Bakıda bax elə bir Nişantaşı var.

*

“Küləklər şəhəri” deyilirmiş Bakıya… Vallah layiqdir.

*

Hər şey necə də müasir eyni zamanda necə də keçmişə hörmətli idi... Halaldır!

*

Simitə “gevrek” demirlər, amma çayı mürəbbə ilə içirlər Bakıda... Elə mənimsədim ki mən də artıq çayı mürəbbə ilə içirəm.

*

Samovar var ha samovar... Bax, onun ana vətəni Bakı imiş.

*

Bir-birindən gözəl və cazibədar binalar haqqında “Hamısı makiyaj, hamısı bəzəkdir” filan dedilər. Belə makiyaja can qurban!"

Pərvanə

AzNews.az