Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq

Deputat Ziyafət Əsgərova səsləndi: Müddəaları çoxdandır gözdən keçirməyib

Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq

“Bu gün Ziyafət Əsgərov Milli Məclisin iclasında şəxsimizə yönəlik bir atmaca ilə gündəmə gəlib”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun onun ünvanına səsləndirdiyi iradlara münasibət bildirərkən deyib. O, həmin iclasda iştirak etmədiyindən sözü gedən məlumatı saytlardan oxuduğunu bildirib:

“Açığı mənim hörmətli Ziyafət müəllimin ünvanına hansısa irad səsləndirmədiyim halda belə açıqlaması bir qədər təəccüb doğurdu. Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclisin sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər bələdirsə, o halda Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq. Məni narahat edən sadəcə bir elmlər doktorunun, Anayasa professorunun bizim çıxışlarımızı telefonla çəkərək sosial şəbəkədə paylaşmağımızı selfi çəkdirmək kimi dəyərləndirməsidir. Görünür, hörmətli professor Anayasanın insan hüquqları ilə maddələrini və Milli Məclisin deputatının hüquqlarına aid müddəaları çoxdandır gözdən keçirməyib. Milli Məclisdə etdiyimiz çıxışları hansı formada yaymaq deputatın hüququdur və məhz bu hüququ tanımayanların sayəsındə Milli Məclisin nüfuzu aşağı salınır”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deputat Fazil Mustafanı tənqid edib.

Bahar RÜSTƏMLİ

AzNews.az