“Bu şəxslərə çox təşəkkür edirik” – Aslan Abbaszadə yazır

Bununla yanaşı bəzi yardımsevər vəzifəli şəxslər, fiziki şəxslər, müxtəlif iş adamları fonda müəyyən məbləğdə pul da köçürüblər

Əziz həmvətənlərim, bildiyiniz kimi hər ölkədə olduğu kimi, biz də bir ölkə olaraq bu çətin günlərdən keçirik. Dövlət bir qayda olaraq öz boynuna düşən məsuliyyəti və dəstəyi artıqlamasıyla etməkdədir. Bizlər də bir vətəndaş olaraq bütün əməllərə riayət edib, əlimizdən gələni əsirgəməməliyik. Bununla yanaşı bəzi yardımsevər vəzifəli şəxslər, fiziki şəxslər, müxtəlif iş adamları fonda müəyyən məbləğdə pul da köçürüblər.

Bəzi insanlar isə yaşlılara, imkansız ailələrə ərzaq, ət, pul kimi yardım etməkdədir. Bu şəxslərə çox təşəkkür edirik. Bir tərəfdən isə bu yardımları edənlərə, “Allah razı olsun” demək yerinə, utanmadan ağız dolusu “reklam xətri üçün edirlər” deyənlərə “çox ayıb olsun” deyirəm. “Sağ əlin verdiyin sol əl bilməməlidir”,”Yardım gizlin olunmalıdı”,”Özünü reklam edir”,”Verməlidir, borcudur ” deyirlər. Bunların heç birinin bu günkü yardım etmələrə heç bir aidiyyatı yoxdur. Kimsə kiminsə yerinə əziyyətlə pul qazanmayıb. Kiminsə kiməsə borcu yoxdur. Adi günlərdən birinə kömək edərsən sonra gedər başına vurarsan, yaxınlarına deyərsən, minnət vurarsan, hətta çox şey edə bilərsən düzdü. Əlbəttə ki, bunu etməzlər. Amma bu günkü gündə, çətin vəziyyətdə insanlara yardım etmək lazımdır.
Qoy kim əlindən nə gəlir, imkansız şəxslərə təki etsin. Onuda lap belə ən yüksək səviyyədə reklam etsin. Digərlərinin bəlkə gözü açıla görə, dərk edə. Bunda əsla zərrə qədər qəbahət bir şey yoxdur. Əgər birisi gizlin etmək istəyirsə, yenə buyursun bütün yollar açıqdır etsin. Allah əvəzini qat-qat versin. Yetənə yetib, yetməyənədə daş atmaqdan əl çəkin. Çox ayıbdır. Allah-təala bizləri insan olaraq yaratdı.Hər kəsə sevgi və hörmətlərimi bildirirəm. Allah hər zaman yar və yardımçınız olsun. Hər hansı yanlışım varsa üzürlü sayın.
Hörmətlə, Aslan Abbaszadə
Faktor.az xəbər portalının Baş Redaktoru