Səfər oktyabrın 8-də baş tutacaq Səfər oktyabrın 8-də baş tutacaq

Ceyhun Bayramov Cenevrəyə gedəcək

Səfər oktyabrın 8-də baş tutacaq

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov 8 oktyabr 2020-ci il tarixində Cenevrəyə işgüzar səfərlə yola düşəcək.

XİN-dən AzNews.az-a verilən məlumata görə, səfərin məqsədi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır.