Ölkəmizin qanunlarına əsasən muzdlu cəlb etmək cinayətdir Ölkəmizin qanunlarına əsasən muzdlu cəlb etmək cinayətdir

Hikmət Hacıyev Azərbaycana qarşı ittihamlara cavab verdi

Ölkəmizin qanunlarına əsasən muzdlu cəlb etmək cinayətdir

“Ermənistandan fərqli olaraq, Azərbaycan muzdluların işə götürülməsinə, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı 1989-cu il Konvensiyasına 1997-ci ildə qoşulub”.

AzNews.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında məlumat verib.

O bildirib ki, ölkəmizin qanunlarına əsasən muzdlu cəlb etmək cinayətdir: “Azərbaycan qanunlarına (Cinayət Məcəlləsi) əsasən muzdlu cəlb etmək cinayət olduğu üçün Azərbaycana qarşı irəli sürülən hər hansı bir ittiham əsassızdır”.