Keçmiş Ombudsman yeni Ombudsmanın fəaliyyətinə münasibət bildirdi

"Hər il Milli Məclis Ombusdmanın illik məruzəsini dinləyir"

"Milli Məclis Azərbaycanın hazırki İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombusdman) fəaliyyətini dəyərləndirəcək".

AzNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, Azərbaycanın keçmiş Ombudsmanı Elmira Süleymanova deyib.

"Hər il Milli Məclis Ombusdmanın illik məruzəsini dinləyir. Parlament onun faəliyyətinə qiymət verəcək", - o əlavə edib.

Qeyd edək ki, artıq Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2020-ci il üzrə məruzəsi hazırlanıb və parlamentə təqdim edilib. İllik məruzə eyni zamanda Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.

İnsan hüquqları üzrə müvəkkilin məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada fevralın 25-də Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib, müvafiq dövlət qurumlarına göndərilib.