- Göz önü
- 8 Mart 2021 10:40
- 5 285
Mehriban Əliyeva xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
"Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm"
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sosial şəbəkədə xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
AzNews.az həmin təbriki təqdim edir:
“Əziz qadınlar!
Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram! Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm.
Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!”