Onun ölüm səbəbi bilinmir Onun ölüm səbəbi bilinmir

İstanbulda dənizdən gənc fəalın meyiti tapıldı

Onun ölüm səbəbi bilinmir

“Heykəl məhbusu” kimi tanınan gənc ictimai fəal Bayram Məmmədovun intihar etdiyi deyilir.

AzNews.az xəbər verir ki, onun meyiti İstanbulda dənizdən çıxarılıb.

Sosial şəbəkədə mərhumun dostlarının yaydığı məlumata görə, B.Məmmədovdan iki gündür xəbər olmayıb. Bu gün axtarışa verilib.

Polis isə dənizdən onun cansız bədəninin tapıldığını bildirib.

Onun ölüm səbəbi bilinmir.

Qeyd edək ki, 10 il cəza alan B.Məmmədov 2019-cu ilin 17 martında əfv sərəncamı ilə azadlığa çıxmışdı. Daha sonra isə o, Türkiyəyə getmişdi.