Baş nazir Kazanda baş vermiş faciə nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb Baş nazir Kazanda baş vermiş faciə nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb

Əli Əsədov Mişustinə başsağlığı verib

Baş nazir Kazanda baş vermiş faciə nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Baş nazir Kazanda baş vermiş faciə nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa arzulanıb.