"Övladlarımız gedib nikah ediblər" "Övladlarımız gedib nikah ediblər"

Səməd Seyidov məşhur iş adamıyla quda oldu

"Övladlarımız gedib nikah ediblər"

"Bir sıra saytlarda məlumat gedib ki, mən oğluma toy eləmişəm, bu, doğru deyil."

Bunu Milli Məclisin deputatı Səməd Seyidov bildirib. O daha sonra yayılan məlumatla bağlı bunları deyib:

"Mən bir daha rəsmi bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib. Pandemiya dövründə bu ola da bilməz. Bəli, mən kiminləsə quda ola bilərəm, amma bu o demək deyil ki, mən toy eləmişəm. Övladlarımız gedib nikah ediblər, ancaq toy məclisi keçirilməyib."

Qeyd edək ki, deputatın oğlu Urxan Seyidov "EFES Elçin” kimi tanınan iş adamı, "CARÇIOGLU GROUP” MMC-in prezidenti Elçin Carçıyevin qızı ilə nikaha daxil olub. (manset.az)