"Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib" "Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib"

Emin Həsənli: Ermənistan Azərbaycanın təklif etdiyi bütün şərtlərlə razılaşmalı, konkret mövqe bildirməlidir

"Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib"

Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Təəssüflər olsun ki, beynəlxalq birlik də bu ölkəni buna məcbur edərək sanksiyalara məruz qoymayıb. Bu il sentyabrın 12-14-də düşmənin növbəti təxribatı 2020-ci ilin Tovuz hadisələri ilə oxşardır. Fərq yalnız ondan ibarətdir ki, bu dəfə Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatı Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdi. O zaman da iki ölkənin dövlət sərhədinin Tovuz istiqamətində genişmiqyaslı təxribatlar törədilmişdi.

Aznews.az xəbər verir ki, bunu “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli AZƏRTAC-a müsahibəsində deyib.
O qeyd edib ki, xalqımız Vətən müharibəsi zamanı da bir bayraq ətrafında birləşərək səfərbər olmuşdu və Prezident, Müzəffər Ali Baş Komandan rəhbərliyi ilə 2020-ci ilin sonlarında böyük Zəfər əldə etmişdi. Torpaqlarımız işğaldan azad olunmuşdu. Böyük Qələbədən bir müddət sonra Fərrux yüksəkliyinin azad edilməsi, eyni zamanda, düşmənin böyük diversiya qrupunun ələ keçirilməsi 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatdan sonra mühüm əhəmiyyətə malik idi. Şuşada bizim mövqeyə qumbaran atılmışdı. Ardınca isə “Qisas” əməliyyatı həyata keçirildi və ermənilər Laçını tərk etdilər. Onlar Kəlbəcərdə olduğu kimi Laçından çıxanda da evləri, meşələri yandırdılar.

Emin Həsənli vurğulayıb ki, biz bu xroniki ardıcıllığı davam etdirək bilərik. Ermənilər dəfələrlə terror fəaliyyəti ilə məşğul olur, təxribatlar törədirdi. Uzun müddətdir ki, Azərbaycan xalqı bundan əziyyət çəkir. Amma 2020-ci il 10 noyabr Bəyanatından sonra biz atəşkəsin pozulması hallarının davam edəcəyini gözləmirdik. Lakin erməni silahlı qüvvələri bu vəziyyəti davam etdirdi və sonda bu il sentyabrın 12-də növbəti dəfə genişmiqyaslı təxribat törətdilər. Azərbaycan Ordusu Ermənistanın bu təxribatının qarşısını qətiyyətlə alaraq hakim yüksəklikləri nəzarətə götürdü. İşğalçılara sarsıdıcı zərbə vuraraq Ermənistan ordusunu bir növ cəzalandırdı.

“Ali Baş Komandan İlham Əliyev dəfələrlə demişdi ki, Ermənistan nəticə çıxarmasa, “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın! Bir neçə dəfə bəyan etmişdi ki, ermənilər ağıllarını başlarına yığsınlar, yoxsa cəzaları daha sərt olacaq. Ermənilər isə başqa dövlətlərə arxayın olaraq yeni təxribatlar törətdilər və buna adekvat cavab verildi”, - deyə E.Həsənli söyləyib.

Birliyin sədri bildirib ki, bu, böyük Zəfərdir, eyni zamanda, Azərbaycan xalqının və Ordusunun gücünün göstəricisidir. Bu, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”unun və iradəsinin nümayişidir. Azərbaycan öz milli maraqlarını heç zaman kiməsə güzəştə getməyəcək, Ermənistan ya şərtləri qəbul etməlidir, ya da onun bu regionda mövcudluğu sual altında olacaq. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Həmçinin düşmən ölkə 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə tarixi-mədəni abidələrimizin dağıdılmasına, mədəni irsimizə qarşı digər soyqırımı faktlarına görə beynəlxalq hüquq qarşısında cavab verməli, Azərbaycana təzminat ödəməlidir.
“Bundan başqa, cinayətkar Sarkisyan, Köçaryan və eləcə də Ohanyanı Azərbaycana təhvil verməlidir. Ümumiyyətlə, Ermənistan Azərbaycanın təklif etdiyi bütün şərtlərlə razılaşmalı, konkret mövqe bildirməlidir. Çünki xalqımız uzun müddət gözləyə bilməz”, - deyə E.Həsənli əlavə edib.