"Eyni zamanda məzunlarımız özəl sektorda, beynəlxalq qurumlarda da hüquqşünas kimi çalışmaq istəyirlər", - deyə Zaur Əliyev bildirib "Eyni zamanda məzunlarımız özəl sektorda, beynəlxalq qurumlarda da hüquqşünas kimi çalışmaq istəyirlər", - deyə Zaur Əliyev bildirib

BDU-nun Hüquq fakültəsinin dekanı: "Tələbələrimiz arasında vəkillik peşəsinə maraq artıb"

"Eyni zamanda məzunlarımız özəl sektorda, beynəlxalq qurumlarda da hüquqşünas kimi çalışmaq istəyirlər", - deyə Zaur Əliyev bildirib

"Son dövrdə tələbələrimiz arasında vəkillik peşəsinə maraq artıb".

Bunu e-huquq.az-a müsahibəsində Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev deyib.

"Tələbələrimizin hüquq-mühafizə orqanlarına, prokurorluq orqanlarına, məhkəmə sisteminə marağı var. Deyə bilərəm ki, prokurorluq orqanlarına imtahan verənlərin əksəriyyəti bizim fakültənin məzunlarıdır. Ancaq son dövrdə müşahidə edirik ki, vəkillik sahəsinə maraq artıb. Məsələn, Vəkillər Kollegiyası və Gənclər Fondu tərəfindən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbi təşkil olundu və orada 90 faiz bizim tələbələr idi. Eyni zamanda məzunlarımız özəl sektorda, beynəlxalq qurumlarda da hüquqşünas kimi çalışmaq istəyirlər", - deyə o qeyd edib.

AzNews.az