Mirşahin: "O şirkət başından böyük qələt edib"

"Deməli belə, xəbər bundan ibarətdir ki, “Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarı dayandırılıb. Erməni mətbuatının “Base Metals” şirkətinə istinadla yaydığı bu xəbərə sevincək yanaşanlar da var. Sevinc hissini başa düşmək də olar. Hər nədirsə, hər kimdirsə yağmalamanı dayandırıb! Amma yayılmış xəbərdə Azərbaycanın Ərazi Bütövlüyünə həqarət, eləcə də özünü müstəqil tərəf kimi göstərmək əlamətləri də var ki, diqqətimizdən yayınmamalıdır!"

AzNews.az xəbər verir ki, bunu əməkdar jurnalist Mirşahin Ağayev özünün feysbuk səhifəsində yazıb.

"Məsələn, “Məlumata görə, şirkət ekoloji ekspertiza üçün beynəlxalq təşkilatlara müraciət etməyi qərara alıb. Müraciət ən qısa zamanda araşdırılması üçün BMT-nin müvafiq strukturlarına və aidiyyəti beynəlxalq təşkilatlara göndərilib". Bu isə o deməkdir ki, şirkət başından böyük qələt edib.

Çünki Qarabağ Azərbaycanın İqtisadi rayonudur və Azərbaycanın suveren ərazilərinə qondarma qurumun hər hansı xarici tərəfi dəvət etmək hüququ yoxdur! Bizimlə oyun oynamasınlar!!! Monitorinq qrupumuz məsələyə yerində-torpağın, sərvətlərin əsl sahibinin, yəni Azərbaycanın qanunları əsasında baxmalıdır. Biz bax o vaxt sevinəcəyik! Təngnəfəs təsəllilər bizlik deyil! Aksiya davam etməlidir! Sonadək! Monitorinq qrupumuz hadisə rayonunda tammiqyaslı işə başlayanadək! Mediamızı da mən məhz bu mövqeyi təşviq və təlqin etməyə çağırıram!", - deyə o əlavə edib.