Nazir: "Bir daha görüşmək imkanımızın olmayacağını ağlımdan belə keçirə bilməzdim"

"Qənirə Paşayevanın vaxtsız vəfatından çox üzüldüm. Bir neçə həftə əvvəl yanaşı oturmuşduq, Azərbaycanda təhsilin, milli kimliyin, Azərbaycan tarixinin dövlət dilində tədrisi, məktəblərdə milli mədəniyyətimizin təbliği ilə bağlı maraqlı fikir mübadiləsi apardıq".

AzNews.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı paylaşımında qeyd edib.

"Həmin an Qənirə xanımla bir daha görüşmək imkanımızın olmayacağını heç ağlımdan belə keçirə bilməzdim. Qənirə xanım millətini və vətənini sevən bir vətəndaş idi.

Allah rəhmət eləsin!", - deyə nazir əlavə edib.