“Zəfərin şahinləri şəhidlər qonaq gəlib" layihəsi çərçivəsində növbəti ədəbi-bədii gecə keçirilib

Oktyabrın 25-də Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Şəhid Analarına Dəstək” İçtimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhər Nizami Kino Mərkəzində “Zəfərin şahinləri şəhidlər qonaq gəlib" layihəsi çərçivəsində növbəti ədəbi-bədii gecə keçirilib.

Tədbirdə layihə çərçivəsində “BAYFİLM” MMC tərəfindən istehsal olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə ithaf olunmuş “Missiya” qısametrajlı bədii film nümayış olunub.

Tədbirin aparıcısı tele-aparıcı Kamran Yaradanquliyevin, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Aydın Hüseynovun, Heydər Əliyev adına Ali Hərbi Məktəbin tələbələrinin, qeyri-hökumət təşkilatları, jurnalistlər, Bakı şəhərində yerləşən Şuşa və Zəngilan, Abşeron rayonlarının uşaq musiqi məktəblərinin pedaqoji kollektivlərinin, şəhid ailələrinin, qazilər və müharibə iştirakçılarının iştirak etdiyi tədbirdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, 34 nömrəli məktəbin direktoru, şəhid Sənan Axundovun xanımı Nəcibə Axundova, Aşıq Pəri Məclisinin rəhbəri Südabə İrəvanlı, Xalq artisti Gülyaz Məmmədova, Rövşən Əziz, Ruhiyyə Qarabağlı, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova və şəhid Səbuhi Əsədovun anası Cahan xanım çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Vətən müharibəsində şəhid olanların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd etmiş, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışmış, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə ithaf olunmuş “Missiya” qısametrajlı bədii film nümayiş olunarkən tamaşaçılar çox kövrək anlar yaşadı.

Layihənin rəhbəri Ceyran Həsənova layihələrinə maliyyə dəstəyi verdiyinə görə Azərbaycan Respublikasınnın Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbirin keçirilməsinə böyük dəstək göstərdiyinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Nizami Kino Mərkəzinə və “BAYFİLM” MMC-nin yaradıcı heyətinə öz təşəkkürünü bildirib.

image description image description image description