“ELİN DUASI” sənədli filminin təqdimatı keçirilib

“Yardımlı Xeyriyyə Cəmiyyəti” İctimai Birliyi tərəfindən 3 fevral 2024–cü il tarixdə Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “ELİN DUASI” sənədli filminin təqdimatı keçirilib.

Bu barədə AzNews.az-a "Yardımlı Xeyriyyə Cəmiyyəti" İctimai Birliyinin sədri Mərdan Seyidbəyli məlumat verib.

Sənədli filmdə son 20 il ərzində cənab Prezident İlham Əliyevin Yardımlı rayonuna səfərləri, şəhid-qazi ailələrinə xüsusi dəstək, rayonun infrastrukturunun yenidən qurulması və bu istiqamətdə görülən işlərdən bəhs edir. Eyni zamanda sənədli filmdə Yardımlı ictimaiyyətinin 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində birmənalı olaraq cənab İlham Əliyevə olan dəstəyi də öz əksini tapmışdır.

image description