"Hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər yaxşıdır, ancaq..." "Hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər yaxşıdır, ancaq..."
  • Tribuna
  • 8 Noyabr 2018 16:36
  •  2 483

"Qarabağ münaqişəsinin həlli Rusiyanın dövlət maraqlarına uyğun deyil" - Arif Rəhimzadə

"Hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər yaxşıdır, ancaq..."

"Rusiya dövləti Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir".
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib.

Komitə sədri deyib ki, Qarabağ probleminin həlli Rusiyanın dövlət maraqlarına cavab vermir:

"Hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər yaxşıdır. Ancaq açığını deyim ki, mən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində pozitiv rol oynayacağına inanmıram. Bunun da əsas səbəbi Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın dövlət maraqlarına uyğun deyil. Nə zaman Rusiya bu münaqişənin həllinə ciddi maraq göstərsə, o zaman problem öz həllini tapa bilər". ("Ölkə.Az")

© AzNews.az