"Rusiya və Ermənistan rəhbərliyi arasındakı uçurum dərinləşəcək". "Rusiya və Ermənistan rəhbərliyi arasındakı uçurum dərinləşəcək".
  • Tribuna
  • 17 Dekabr 2018 18:50
  •  2 540

"Paşinyan Rusiya üçün həmişə küçə adamı olaraq qalacaq" - DEPUTAT

"Rusiya və Ermənistan rəhbərliyi arasındakı uçurum dərinləşəcək".

"Qarabağ klanı" ilə Nikol Paşinyan arasındakı gərginlik hələ də davam edir. N. Paşinyan Robert Koçaryanı həbsə atdırıb. Dağlıq Qarabağda R.Koçaryan və Serj Sarkisyanın tərəfdarları daha çoxdur".

Bu barədə "sherg.az"a millət vəkili Rasim Musabəyov bildirib.

Deputat qeyd edib ki, Koçaryan və Sarkisyanın tərəfdarlarında silah da var və o qüvvələr hər zaman terror törədə bilərlər:

"N.Paşinyan Ermənistanda təmizləmə əməliyyatı həyata keçirmək istəyir. Proses hələ ki davam edir. Paşinyan üstün mövqeyə malikdir. O da bu mövqedən istifadə etmək istəyir. B.Saakyanın istefaya getməsini və orada yeni bir "seçkilər"in keçirilməsini istisna etmirəm".

Rusiya və Ermənistan mətbuatında N.Paşinyan və komandası əleyhinə yazılan tənqidlərə diqqət çəkən parlamentari qeyd edib ki, Rusiya Ermənistandakı küçə hakimiyyətini qəbul etmir:

"Heab edirəm ki, Rusiya və Ermənistan rəhbərliyi arasındakı uçurum dərinləşəcək. Paşinyan Rusiya üçün həmişə küçə adamı kimi qalacaq".

AzNews.az