20 yanvar Müstəqil Azərbaycan dövlətinin tarixində dönüş nöqtəsidir. 20 yanvar Müstəqil Azərbaycan dövlətinin tarixində dönüş nöqtəsidir.
  • Tribuna
  • 21 Yanvar 2019 17:25
  •  2 391

Rusiyalı ekspert: “Qorbaçovun cinayətkar səhlənkarlığı...”

20 yanvar Müstəqil Azərbaycan dövlətinin tarixində dönüş nöqtəsidir.

“20 Yanvar keçmiş Sovet rəhbərliyinin cinayətkar səhlənkarlığı və cinayətkar məhsuliyyətsizliyinin nəticəsidir”.

Bunu siyasi ekspert Qriqoriy Trafimçuk deyib.

“20 yanvar 1990-ci il Müstəqil Azərbaycan dövlətinin tarixində dönüş nöqtəsidir. 20 yanvar Bakı faciəsi Tiflis və Vilnus arasında durur. Bu üç faciə 20 keçmiş Sovet rəhbərliyinin cinayətkar səhlənkarlığı və cinayətkar məhsuliyyətsizliyinin nəticəsidir. Mixail Qaraçova sual verəndə ki Bakıda nə baş verir? Cavab belə olurdu “mən hadisələrdən xəbərsizəm. Gərək komisiya yaradaq”. Ona görə bu haqda danışmaq lazım deyil, həll etmək lazımdır. Qorbaçovun, ümumiyyətlə o dövürkü SSRİ əhbərliyinin cinayətkar səhlənkarlığına hüquqi qiymət verilib məsuliyyətə cəlb olunmalıdır”-deyə, Q. Trafimçuk bildirib.

Siyasi ekspert həmşinin qeyd edib ki, yazdığı “Otkrıvay Azerbaydjan” kitabında Şəhidlər Xiyabanını ziyarətlə başlayır: “Ona görə bu tarixi faciənin Azərbaycan xalqı üçün mənasını daha aydın başa düşürəm. Azərbaycan keçmiş SSRİ-nin süqutuna səbəb olmadı. Bakının qəlbinə vurulan bu zərbədən sonra məcbur şəkildə sovetləri tərk edib. Mən Azərbaycan xalqına başsağlığı verirəm. 20 yanvar faciəsindən sonra qəbir üstünə qoyulan qara mərmər daşlar Azərbaycanın müstəqillik yolunun başlanğıcı olub. İndi də müstəqil Azərbaycan inkişafına davam etməkdədir”.(report.az)

© AzNews.az