Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
  • Tribuna
  • 22 Noyabr 2019 15:24
  •  4 089

Prezidentə olan ictimai rəğbət daha da artır - Vüqar Rəhimzadə

Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır

“Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişafını qoruyub saxlayır. Yeni dövrün tələblərinə və çağırışlarına uyğun islahatların həyata keçirilməsi, dövlətimizin perspektivi ilə əlaqəli ciddi addımların atılması, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün davamlı və təsirli tədbirlərin görülməsi müşahidə olunan inkişaf tendensiyasının indikatorlarıdır. Məhz, bu səbəbdən də ölkədə keçirilmiş rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı reformalara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır”.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə AzNews.az-a açıqlamasında deyib.

Vüqar Rəhimzadə bildirib ki, Sosial Tədqiqatlar Mərkəzinin “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatını dərc edib və hesabat hazırlanarkən həyata keçirilən sorğu üçün areal Azərbaycanın iqtisadi rayonları üzrə müəyyənləşdirilib: “Sorğunun demoqrafik göstəricilərinə görə, 1316 respondentin 67,6 faizi kişi, 32,4 faizi qadındır. Əsas yaş qrupu 26-35, yəni, 34,3 faizdir. Təhsil səviyyəsinə görə tam orta təhsillilər üstünlük təşkil edib ki, bu da 45,1 faizdir. Mərkəz tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir ki, vətəndaşların 77,5 faizi ölkə Prezidentinə inam və etimadının daha da artdığını, 18,1 faiz respondent isə həmişəki sabit inam və etibarının qorunub saxlandığını bildirib. Ümumiyyətlə, respondentlərin 84, 9 faizi Prezidentin “Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışının əhəmiyyətini yüksək qiymətləndirib. Prezidentin oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının Sammitindəki çıxışı rəyi soruşulanların 85 faizi tərəfindən rəğbətlə qarşılanıb. Sorğunun nəticələri dövlət başçısı tərəfindən həyata keçirilən islahatlara əhalinin inamının ən yüksək səviyyədə olduğunu göstərdi. Ümumilikdə, respondentlərin 87,6 faizi Prezidentin həyata keçirdiyi islahatları dəstəkləyir, onu əhəmiyyətli hesab edir. Rəyi soruşulanların 92,7 faizi Prezidentin ordunun və bütövlükdə Silahlı Qüvvələrin formalaşdırılması sahəsində uğurlu fəaliyyətini qeyd edib. Onun ardınca 92,4 faiz respondent isə dövlət başçısının xarici siyasət fəaliyyətini uğurlu hesab edir. Rəyi soruşulanların 83,7 faizi hesab edir ki, ölkə Prezidenti tərəfindən həyata keçirilən kadr və struktur islahatları onların gözləntilərini doğruldur”.

Sorğunun nəticəsindən bir daha görünür ki, islahatların dərinləşməsi və geniş miqyas alması ilə cənab Prezidentə olan ictimai rəğbət və dəstək daha da artmaqdadır” – deyən Vüqar Rəhimzadə əlavə edib ki, ölkə əhalisi dövlət başçısının öz fəaliyyətində xalqın maraqlarından, tələbatlarından və gözləntilərindən çıxış etdiyi qənaətindədir.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti onun reytinqinin ictimai rəydə yüksəldiyini nümayiş etdirir və bu tendensiya islahatların davam etməsi fonunda güclənir: “Ölkə Prezidentinin fəaliyyətində ictimai rəyin rolunun yüksək olması sorğunun nəticələri ilə təsdiqini tapır və bu fikir aparılan kadr islahatlarına da aid edilir. Əhali oktyabr ayında Prezidentin daxili və beynəlxalq müstəvidəki fəaliyyətini yüksək qiymətləndirir, ona olan etimadın artdığını qeyd edir. Cənab Prezident İlham Əliyevin anti-Azərbaycan qüvvələrinə qarşı siyasi iradəsi, konkret mövqeyi, milli maraqların müdafiəsi fəaliyyəti ictimaiyyətdə böyük rəğbət və inam hissi formalaşdırır”.

AzNews.az