Nazir Corc Dikə diplomatik fəaliyyətində uğurlar arzulayıb Nazir Corc Dikə diplomatik fəaliyyətində uğurlar arzulayıb
  • Tribuna
  • 2 Dekabr 2019 17:57
  •  3 878

Məmmədyarov İsrail səfiri ilə görüşdü

Nazir Corc Dikə diplomatik fəaliyyətində uğurlar arzulayıb

Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Diki qəbul edib.

XİN-dən verilən məlumata görə, nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər, iqtisadi, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Corc Dik etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib və diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

Elmar Məmmədyarov Corc Dikə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

AzNews.az