Təxribatların qarşısı Azərbaycan ordusu tərəfindən çox soyuqqanlı şəkildə dəf ediləcək Təxribatların qarşısı Azərbaycan ordusu tərəfindən çox soyuqqanlı şəkildə dəf ediləcək
  • Tribuna
  • 30 Dekabr 2020 11:57
  •  7 366

“Regionda böyük dövlətlər tərəfindən geosiyasi maraqlar və çəkişmələr davam edəcək”

Təxribatların qarşısı Azərbaycan ordusu tərəfindən çox soyuqqanlı şəkildə dəf ediləcək

“Mən Qarabağda vəziyyətin gərginləşəcəyini düşünmürəm. Fikrimcə, müxtəlif təxribatlar olacaq. Lakin bu təxribatların qarşısı Azərbaycan ordusu tərəfindən çox soyuqqanlı şəkildə dəf ediləcək”.

Bu sözləri AzNews.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, yaxın aylar ərzində bu istiqamətdə sabitliyi görəcəyik.

“Təbii ki, Qarabağ ətrafında Balasanyan başda olmaqla müxtəlif separatçıların bəyanatları, eyni zamanda Rusiya və Qərb ölkələrindəki fərqli dairələrin təxribatları gözləniləndi. Amma, ümumilikdə, İlham Əliyev, Putin və Paşinyan arasında razılıq var və düşünürəm ki, hər üçü indiki halda sabitlikdə maraqlı olmalıdırlar.

Biz bir məsələni də başa düşməliyik ki, regionda böyük dövlətlər tərəfindən geosiyasi maraqlar və çəkişmələr davam edəcək. Britaniya və Türkiyə ittifaqı yaranmaqdadır. Hansı ki, regiona təsirsiz ötüşməyəcək. Eyni zamanda gələcəkdə Türkiyənin Ukrayna və Qazaxıstanda da güclənməsinin şahidi ola bilərik. Bu fonda Rusiya və Türkiyə arasında geosiyasi coğrafiyaların qonşuluqda yerləşməsi və çəkişmələri istər-istəməz onların maraqlarını toqquşduracaq. Təbii ki, bu maraq toqquşması Cənubi Qafqazda da
Ciddi mübarizəyə gətirib çıxarda bilər. Bu da hərbi əməliyyatların bərpası ilə nəticələnə bilər”.

Səidə
AzNews.az