Deputat Azay Quliyev Milli Məclisin plenar iclasında “YAŞAT” fondunun fəaliyyətindən bəhs edib Deputat Azay Quliyev Milli Məclisin plenar iclasında “YAŞAT” fondunun fəaliyyətindən bəhs edib
  • Tribuna
  • 12 Fevral 2021 15:06
  •  14 606

“YAŞAT” fondu ümummilli həmrəyliyimizin yeni bir simvoluna çevrilib”

Deputat Azay Quliyev Milli Məclisin plenar iclasında “YAŞAT” fondunun fəaliyyətindən bəhs edib

Deputat bildirib ki, qısa müddət fəaliyyət göstərməyinə baxmayaraq, “YAŞAT” Fondu yüzlərlə şəhid ailəsinin və qazilərimizin bir çox sosial problemləri və müalicələri ilə bağlı məsələlərini operativ, şəffaf şəkildə həll edib.

A.Quliyev qeyd edib ki, ağır yaralanan və müalicəsi Bakıda çətin olan qazilərimizin bir qisminin Türkiyədə müalicəsinin təşkili, xaricdə təhsil alan şəhid övladlarının təhsil haqlarının ödənilməsi, şəhid ailələrinin banklara olan borclarının “YAŞAT” Fondu tərəfindən qarşılanması xüsusi qeyd edilməlidir:

“Fürsətdən istifadə edib belə bir Fondunun yaradılması kimi nəcib təşəbbüslə çıxış edən cənab Prezidentə, bu Fonda ianə edən bütün vətəndaşlarımıza, iş adamlarına təşəkkür edirəm. Bu Fond bizim ümumilli həmrəyliyimizin yeni bir simvoluna çevrilib və əminəm ki, bundan sonra da hər bir azərbaycanlı bu fonda ianə köçürməklə şəhid ailələrinə və qazilərimizə ümumxalq dəstəyini davam etdirəcək”. (musavat.com)

AzNews.az