“Hakimlərin cəzalanması mexanizmi olmalıdır“ “Hakimlərin cəzalanması mexanizmi olmalıdır“
  • Tribuna
  • 25 May 2022 15:56
  •  15 401

“Vəkillərin nüfuzunun artması üçün ədalətliməhkəmə sistemi olmalıdır”- Çingiz Qənizadə

“Hakimlərin cəzalanması mexanizmi olmalıdır“

“Nə qədər ki, ədalətli və müstəqil məhkəmə hakimiyyəti olmayacaq, vəkillərimiz ciddi problemlərlə üzləşəcəklər”

AzNews.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Çingiz Qənizadə Vəkillər Kollegiyasının mətbuat konfransında çıxışı zamanı deyib.

Hüquq müdafiəçisi bildirib ki, vəkillik institutunun inkişaf istiqamətində xeyli uğurlar var, ancaq bu gün vəkillik institunun müəyyən problemləri də mövcuddur.

“Vəkillərin nüfuzunun artması üçün ədalətli məhkəmə sistemi olmalıdır. Nə qədər ki, ədalətli və müstəqil məhkəmə hakimiyyəti olmayacaq, vəkillərimiz ciddi problemlərlə üzləşəcəklər. Hakimlərin cəzalanması mexanizmi olmalıdır. Bu hakim-vəkil münasibətlərinin qaydasında olmasını təkmilləşdirmək üçün lazımdır. Ciddi bir qurum olmalıdır ki, hakimlər məsuliyyətlərini hiss etsinlər. Bu baxımdan ümid edirəm ki, islahatlar davam edəcək”, - deyə Ç.Qənizadə əlavə edib.

Şəbnəm Zahir