Bakının müxtəlif kəndlərində çoxlu sayda hektarlarla torpaq sahələrinin olduğu üzə çıxmışdı Bakının müxtəlif kəndlərində çoxlu sayda hektarlarla torpaq sahələrinin olduğu üzə çıxmışdı
  • Tribuna
  • 24 İyun 2022 20:44
  •  12 227

Gültəkin Hacıbəylinin missiyası ölkəmizin imicinə zərbə vurmaqdır

Bakının müxtəlif kəndlərində çoxlu sayda hektarlarla torpaq sahələrinin olduğu üzə çıxmışdı

Yaxşı bir deyim var: “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol.” Əslində bu deyimin mahiyyəti ondan ibarətdir ki, bir yolun, bir əqidən, el dili ilə desək, bir üzün olsun. Amma bu fikirləri Azərbaycana qənim kəsilmiş, xalqımıza, dövlətimizə, müstəqilliyimizə qarşı hər gün xəyanət edən bir qrup qaragüruha aid etmək olmur. Nə göründükləri kimi ola bilirlər, nə də ki, olduqları kimi görünə bilirlər. Belələrindən biri də Gültəkin Hacıbəylidir. O Gültəkin Hacıbəyli ki, deputat olanda iqtidar “tərəfdarı” idi və ölkədə keçirilən siyasi kampaniyalarda təbliğatçı olaraq ön sıralarda dayanırdı. Məqsədi isə xalqa, dövlətə xidmət deyil, şəxsi mənafeyini güdmək, “dövlətini” qorumaq, varlanmaq imiş. Təbii ki, bu fikirlər irəli sürülən mülahizələr deyil. Bütün bu deyilənlər zamanın sübut etdiyi reallıqlardır. Belə ki, jurnalist araşdırmaları nəticəsində Gültəkin Hacıbəylinin Bakı şəhərində ayrı-ayı 5 ünvanda mənzillərinin, Goranboy rayonunda 400 kv. metr sahəsi olan nəhəng villasının, Goranboy, Şamaxı, Abşeron rayonlarında və Bakının müxtəlif kəndlərində çoxlu sayda hektarlarla torpaq sahələrinin olduğu üzə çıxmışdı.

Deputat adından istifadə edərək böyük həcmdə var-dövlət, mal-mülk əldə etmiş bu şəxsin qanunsuz əməlləri üzə çıxan kimi ikinci və əsas “üzü” də bəlli oldu. Deputatlıq əldən gedən kimi Gültəkin Hacıbəylinin “demokrat”, “haqq-ədalət” tərəfdarı olmaq “hissləri” qəflətən oyanaraq əsl simasını ortaya qoydu. Şəxsi maraqlarını xalqın maraqlarından hər zaman üstün tutan, hər an satqınlıq missiyasını yerinə yetirən Gültəkin Hacıbəyli əsl yerini taparaq xəyanətkarlar şurasının rəhbərləri Əli Kərimli və Cəmil Həsənlilərin “limanında yan aldı”. Əslində Gültəkin Hacıbəyli buraya gələnədək bir sıra müxalif partiyaların qapısını döymüş və hamısından da rədd cavabı almışdı. Nəhayət öz ətrafına və liderinə belə xəyanət etmiş Əli Kərimlinin yanında qərarlaşması heç də təsadüfi deyil. Çünki bunların cəmləşdiyi yer milli xəyanətkarlar şurasıdır. Gültəkin Hacıbəyli və adı çəkilən digərləri heç vaxt sağlam mübarizə, sağlam müxalifliyin nə olduğunu anlaya bilməyiblər. Zamanla da öz hərəkətləri ilə özlərini ifşa ediblər. Düşüncə, yanaşma tərzləri sağlam olmadığı üçün müxtəlif çirkin oyunlara gedib, anti-Azərbaycan dairələrin əlində oyuncağa çevriliblər. Çünki bunlar üçün müqəddəs heç bir şey yoxdur. Amalları isə satqınlıq və xəyanətkarlıq edərək ölkəmizə, xalqımıza, dövlətçiliyimizə zərbə vurmaq müqabilində şəxsi mənafelərinə nail ola bilməkdir. Təki ermənipərəst ağalarından “müqəddəs missiyalarına” görə aldıqları mükafatları kəsilməsin.

Gültəkin Hacıbəylinin xarakterini müəyyənləşdirmək üçün onun deputat olanda və deputatlığı əlindən çıxanda səsləndirdiyi fikirləri müqayisə etmək kifayət edir. Deməli, Gültəkin Hacıbəyli deputat olarkən səlahiyyətlərindən xalq üçün deyil, şəxsi mənafeyi üçün sui-istifadə edərək törətmiş olduğu qanunsuzluqlar, iyrənc hərəkətlərdən deputat olmayanda da əl çəkə bilməyib. Görünür problem şəxsi xislətdədir. Belə ki, Gültəkin Hacıbəyli yaxın qohumu olan bir qadından borc adı ilə külli miqdarda pulunu almış və qaytarmaqdan imtina etmişdir. Bu hal məhkəmə predmeti olmuş, özünü haqq-ədalət, düzgünlük tərəfdarı kimi cəmiyyətə təqdim etməyə çalışan xanım Hacıbəylinin faktlarla ifşası ilə nəticələnmişdir. Hələ bu şəxsi zəmində kiməsə qarşı edilmiş bir yaramazlıqdır. Dövlətə, xalqa, ölkəyə qarşı edilən yaramazlıqlar da bir deyil, iki deyil. Sədəcə Vətən müharibəsi dövründə Gültəkin Hacıbəylinin təmsil olunduğu xəyanətkarlar şurasının yaramaz əməllərini qeyd etmək kifayət edər. Bunlar erməni tərəfindən heç də fərqli olmayaraq dezinformasiyalar yayır, Ordumuzun irəliləmədiyini bildirir, çoxlu sayda yüksək rütbəli zabitlərin şəhid olduğunu və itki sayının həddindən çox olduğu haqqında əsassız paylaşımlar edir və bununla da xalqda və orduda ruh düşgünlüyü yaratmağa çalışırdılar. Hərbi əməliyyatlar bitdikdən dərhal sonra müxtəlif vasitələrlə Azərbaycanın qələbəsinə kölgə salmağa və əldə edilən böyük uğurları dəyərdən salmağa çalışırdılar. İndi isə müqəddəs şəhid ailələrinin üzvləri və qazilərimiz üzərindən öz çirkin niyyətləri üçün istifadə etməyə çalışırlar.

Bu “düzgünlük ilahəsinin” xarici dairələrə dissidentlik eləməkdən tutmuş, qərəzindən Azərbaycan adını təhqir edərək “zombieland” adlandırmağa kimi bir çox yaramaz əməllərini sadalamaq olar. Özünü xalq, ölkə təəssübkeşi kimi qələmə verməyə çalışan o Gültəkin Hacıbəylidir ki, dünya bazarında neftin qiyməti kəskin ucuzlaşanda ictimai qaydada şadyanalıq edir, eyni düşərgədə olan digər xəyanətkarlara təbrik ünvanlayırdı.

Bir gün eşitsək ki, anti-milli şurada sədrlik uğrunda Cəmil Həsənli, Əli Kərimli və Gültəkin Hacıbəyli arasında mübarizə başlayıb bu heç də təəccüblü olmaz. Çünki bunların həyat amalları elə xəyanətkarlıqdan ibarətdir.

Hər addımda özünü ifşa edərək çoxüzlü biri olduğunu isbatlayaraq şəxsi qərəz və hikkəli hərəkətləri ilə özü haqqında insanlarda ikrah hissləri yaradır. Özünü peşəkar siyasətçi hesab edən Gültəkin Hacıbəyli sosial şəbəkə istifadəçiləri tərəfindən daha çox trol “siyaətçi” kimi tanınır.

Olsun ki, Gültəkin Hacıbəyli xalqı sadəlövh bilir və elə hesab edir ki, onun müxalif obrazında oynadığı rol alqışlanır. Xeyr, əsla! Hər kəs çox gözəl bilir ki, onun missiyası ermənipərəst dairə və fondlardan aldığı qrantlar müqabilində ölkəmizin imicinə zərbə vurmaq, xalqımızı aşağılamaq və davası məşhur lətifədə deyildiyi kimi “yorğan davasıdır”. Odur ki, maddiyyat naminə mənəviyyatı unutmaq olmaz. Gültəkin Hacıbəyli hər şeyi unuda bilər, xalq isə unutmur.

Cavid Osmanov

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili