"44 Günlük Müharibə Azərbaycan Tarixinə silinməz və qızıl hərflərlə daxil oldu" "44 Günlük Müharibə Azərbaycan Tarixinə silinməz və qızıl hərflərlə daxil oldu"
  • Tribuna
  • 8 Noyabr 2022 14:56
  •  11 384

Deputat Zəfər Günü münasibətilə xalqı təbrik edib

"44 Günlük Müharibə Azərbaycan Tarixinə silinməz və qızıl hərflərlə daxil oldu"

Bu gün erməni faşizmi üzərində qəhrəman Silahlı Qüvvələrimizin Zəfər çalmasının ikinci ildönümü tamam olur. Bu tarixi Qələbə münasibətlə Möhtərəm Cənab Prezidentimizi, onunla bütün anlarda olduğu kimi, 44 Günlük müharibə günlərində də bərabər olan, öz duaları ilə ordumuza uğurlar diləyən, Qələbə arzulayan Mehriban Xanımı, bütün Silahlı Qüvvələrimizi, Azərbaycan Xalqını səmimi qəlbdən təbrik edirəm.

Onilliklər boyu ayrı - ayrı dövlətlərin himayə edib, bəslədiyi faşist Ermənistan torpaqlarımızı işğal edə - edə özünün qondarma dövlətini yaratmış və bu dövlətin ərazisini torpaqlarımız hesabına genişləndirməyi dayandırmamışdır. Keçən əsrin 90 - cı ilərində yaranmış situasiyadan bəhrələnən və Yeltsin Rusiyasının, Qərbin, İranın himayəsinə arxalanıb torpaqlarımızı işğal edərək onu yerlə - yeksan edən erməni vəhşiliklərinə nəhayət son qoyuldu.

44 Günlük Müharibə Azərbaycan Tarixinə silinməz və qızıl hərflərlə daxil oldu. Zəfərimizin şəriksiz müəllifi və arxitektoru olan Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyev öz qətiyyəti, yüksək diplomatik və sərkərdəlik bacarığı ilə adını əbədi olaraq xalqımızın tarixinə həkk etdirdi. Müharibə bitdikdən sonra Zəfərimizi həzm edə bilməyən dünya erməniliyi ilə bərabər, onu bu günə qədər də himayə edən Fransa, İran və Rusiya kimi dövlətlər bütün Beynəlxalq platformalarda hələ də Ermənistanı müdafiə etməkdədirlər.

Müharibə günlərində olduğu kimi, ondan sonra da Möhtərəm Cənab Prezident ölkəmizə qarşı təhdidlərini davam etdirən beynəlxalq güclərə qarşı diplomatik müstəvidə gərgin mübarizəsini davam etdirməkdədir. Ölkəmizə qarşı bütün bu ədalətsizlikləri davam etdirən dünya erməniliyinə və onları müdafiə edən ayrı - ayrı qüvvələrə Zəfərimizi həzm etdirməkdəyik. Tamamilə əminəm ki, yaxın zaman kəsiyində bütün torpaqlarımızda Azərbaycanın suveren hüquqları tam təmin olunacaqdır. O gün çox da uzaqda deyil.

Bir daha Bayramımız mübarək, əziz həmvətənlər!

Fəzail Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri