Həqiqi niyyətləri ifşa edən sözlər: AŞPA-da yaşanmış olaylara sevinən siyasişüvənlər

Təəssüflə etiraf etməliyik ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərəzli davranışı radikalların xəstə fantaziyaları üçün sanki bir məlhəm oldu. Əlbəttə ki, səninlə eyni millətin nümayəndəsi və eyni dövlətin vətəndaşı olan şəxslərin bu cür xain davranışları yalnız təəssüf hisslərinin yaşanmasına səbəb ola bilər. Bəli, biz radikalların xain davranışlarına alışmışıq, ancaq onların hər dəfə növbəti cığallıqlarına şahidlik edəndə ilk dəfəki kimi təəssüflənirik. Onların istənilən məsələyə qərəzli yanaşmaları və dövlətimizə qarşı açıq düşmənçilik baxışlarından bir o qədər də fərqlənməyən şərhləri həqiqəti tamamilə təhrif edir və milli maraqlardan çox uzaqdırlar.

Davranışları və siyasi baxışları yalnız xəstə ambisiyalar ilə diktə olunan bu cür siyasişivənlər üçün AŞPA-da yaşanmış olaylar sanki bir “bayram” oldu. “Çirkli” gündəm yaratmaq və öz “siyasi aktuallığını” daha bir neçə gün ərzində qorumaq üçün bu “şivənşünaslar” hadisədən bütün mümkün olan acı şirələri sıxıb çıxartmağa çalışırlar. Ancaq əldə etdikləri bu “siyasi şirə” AŞPA-nın özü kimi çürümüş və qurdludur.

Şivənlərin mümkün olan bütün növ demaqogiyaları hərəkətə gətirilib: isterika, yalan, hədə-qorxu, şantaj, böhtan və s. Tərəddüdsüz deyə bilərik ki, Azərbaycan ictimaiyyəti bu günlərdə xəstə siyasi ritorikanın bütün janrlarına şahidlik edir. Ancaq təcrübəli və müdrik Azərbaycan xalqı həqiqəti yalandan ayırd edə bilir. Peşəkarlıqdan uzaq olan isterika heç bir zaman milli maraqlara xidmət edən siyasət ilə eyni ola bilməz.

Qəbul olunmuş siyasi aksiomdur ki, demaqoq coşanda çaşır və həqiqəti qarışdırır. Bu dəfə də istisna hal baş vermədi. Biz yenə də radikalların ritorikasında təsadüfi etiraflara şahidlik etdik. Belə ki, AXCP-nin sədrinin müavini “qaranlıq” düşərgənin ideoloqlardan biri hesab olunan Fuad Qəhrəmanlının ifadəsində növbəti dəfə radikallarının məsələ ilə bağlı əsl niyyətlərini ifşa edən etirafa şahidlik etdik.

fuad.jpg (30 KB)

Sözlərə diqqət yetirin: “İndi ən çox soruşulan sual budur, "niyə məhz indi?". Bu sualın əhəmiyyəti yoxdur. Çünki Azərbaycan ... Avropanın Cənubi Qafqazla bağlı planlarını pozmağa çalışır.” Budur, bütün oyun və məkrli niyyətlərin kökündə duran, habelə kollektiv Qərbin kabus yuxusuna çevrilmiş 5 açar söz: Azərbaycan Avropanın planlarını pozmağa çalışır. Avropanın bütün region ilə planlarının pozulması radikalları narahat edir. Onları Azərbaycana qarşı tətbiq olunan riyakarlıq və “ikili standartlar” siyasəti nədənsə narahat etmir, narahat edən məhz Qərbin ekspansiya planlarının pozulmasıdır. Razılaşın ki, bu cür həqiqətləri anlayanda, insanın ağlına yalnız sadə xalq dilində səslənən “xayınlıq” ifadəsi gəlir.

F.Qəhrəmanlının bu sözləri eyni zamanda təsadüfi olaraq Qərbin geostrategiyasının mahiyyətini də aşkar etdi. Qoca qitənin doymaz geostrategiyası hamı üçün çoxdan bəllidir, məsələnin faciəvi tərəfi odur ki, Qərbin bu niyyətlərində bizim həmyerlilərimiz özlərinə yer alıblar. Öz xalqına və dövlətçiliyinə qarşı olan əsl xain və düşmən mövqe budur.

İndi hər kəs üçün tam olaraq aydındır ki, niyə dövlətçilik mənsubiyyəti bilinməyən radikallar "niyə AŞPA-nın tamaşası məhz indi oynanılır?" - sualından qaçır və bunun heç bir əhəmiyyəti olmadığını deyirlər. Çünki hadisələrin baş vermə zamanı kollektiv Qərbin əsl niyyətlərini ifşa edir.

65b1530c545f965b1530c545fa170611-1.jpg (245 KB)

Bütün regionun sabit inkişafını təmin edəcək bir ölkənin Qafqazda mövcudluğu “super” güclərin qlobal geostrategiyalarına uyğun gəlmir. Xalqımızın bilməli olduğu həqiqət budur! Məhz xüsusilə bu məqamda manipulyasiyalara uymaq olmaz. Azərbaycan xalqının Qələbəsi bir çox dövlətlərin geostrategiyalarının “dərdinə” çevrilib.

Konteksti inkişaf etdirərək daha bir qərəzli manipulyasiyanın da qarşısını almalıyıq. Bəzi çoxbilmiş siyasətşivənlər baş verənləri şərh edərkən ictimaiyyəti inandırmağa çalışırlar ki, Azərbaycan bu cür addımla Qərbdən uzaqlaşaraq Rusiyaya doğru addım atmış olur. Olduqca ucuz, qərəzli və peşəkarlıqdan uzaq olan yanaşmadır. Qərbin “ikili standartlar” siyasətinə yox deyən Azərbaycan dövləti Rusiyanı yox, məhz milli maraqları və onların aliliyini seçmiş olur. İkinci Qarabağ müharibəsində də qalib gəlmiş xalq məhz milli maraqları hər şeydən üstün tutan Azərbaycan xalqıdır. Qərəzli fikirləri səsləndirənlər unudurlar ki, xalqımız bütün məqamlarda öz dövlətin yanında dayanır. Belə olan halda regionda məkrli oyunlar oynayanların “əlinə oynayan” siyasətciklər onu da bilməlidirlər ki, Azərbaycan xalqı seçki ərəfəsində hər hansı bir təhrikedici situasiyanın yaranmasına imkan verməz.

A.Adil,

Politoloq