Türkiyə prezidenti açıqlamalar verib. Türkiyə prezidenti açıqlamalar verib.

“Bu, müxalifətin sonu olacaq” - Ərdoğandan “baş bəlası” açıqlaması

Türkiyə prezidenti açıqlamalar verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın qərargahında danışarkən 2019-ci ilin martında keçiriləcək seçkini müxalifətin sonu olaraq qiymətləndirib.

O, partiyasından səkkiz qadının bələdiyyə sədri olduğunu deyərək, bunun kifayət etmədiyini, daha da balanslaşdırılmış şəkildə olması gərəkdiyini vurğulayıb.

Ərdoğan CHP (Cumhuriyetçi Halk Partisi) sədri Kamal Kılıçdaroğlu ilə də bağlı münasibət bildirib.

O, Kılıçdaroğlunu təkcə müxalifətin yox, həm də CHP-nin “baş bəlası” adlandırıb.

“Adam İngiltərəyə gedir və oradakı türk gənclərinə Türkiyədən şikayət edir, "azadlıq yoxdur" deyir”, - deyə Ərdoğan Kılıçdaroğlu ilə bağlı danışıb.

O, Kılıçdaroğlunun seçkidə qalib olmadığı halda, təkrar-təkrar seçkiyə yenidən qatıldığını, bunun da demokratiyanın bir göstəricisi olduğunu bildirib.

Nurlan AĞA
AzNews.az