- Türkiyə
- 6 Noyabr 2018 12:57
- 1 381
CHP ittifaq xəbərini təkzib etdi

CHP millət vəkili Bülent Tezcan, İYİ partiya ilə ittifaq iddialarına cavab verib
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bülent Tezcan bələdiyyə seçkilərində İYİ partiyası ilə ittifaq yaradacaqları iddialarına cavab verib.
Tezcan, şəxsi "tvitter" səhifəsindən etdiyi paylaşımında “Şənbə günündən bu günə qədər bəzi media nümayəndələrinin mənim adımdan istifadə edərək CHP və İYİ partiyalarının Ankara və Mersin namizədləri üçün görüşüb razılaşma əldə edildiyi ilə bağlı yaydıqları xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur”, - deyə bildirib.
Pərvanə AĞAZADƏ
AzNews.az