Silivridə FETÖ-çü zabit vəkili ilə homoseksual əlaqə zamanı tutulub Silivridə FETÖ-çü zabit vəkili ilə homoseksual əlaqə zamanı tutulub

FETO-çu zabit homoseksual çıxdı! - Vəkili ilə “iş başında” yaxalandı...

Silivridə FETÖ-çü zabit vəkili ilə homoseksual əlaqə zamanı tutulub

Çevriliş cəhdində aktiv iştirak edən və ömürlük həbs cəzası verilən keçmiş bölük komandiri Semih Barbaros Üstün, görüş otağında həm vəkili, həm də əmisi oğlu olan A.B.O ilə biabırçı vəziyyətdə tutulub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş zamanı otaqdakı kameradan yayınan cütlük şübhə çəkib. Bu səbəblə təhlükəsizlik məmurları otağa girib və Üstün ilə O.-nu cinsi əlaqədə olarkən tutublar.

Üstün haqqında Silivri Cumhuriyyət Prokurorluğu tərəfindən cinsi istismar istintaqı başladılıb. Üstün ilə biabırçı vəziyyətdə tutulan vəkil haqqında istintaq başladılması üçün Ədliyyə Nazirliyi vasitəsilə İstanbul barosuna müraciət olunub. Baro icazə versə, vəkil haqqında məhkəməyə müraciət olunacağı bildirilib.

Pərvanə AĞAZADƏ
AzNews.az