Cənazə namazında Qaşıqçının həmkarları və dostları da iştirak ediblər. Cənazə namazında Qaşıqçının həmkarları və dostları da iştirak ediblər.

İstanbulda Qaşıqçı üçün törən quruldu - Video

Cənazə namazında Qaşıqçının həmkarları və dostları da iştirak ediblər.

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçı üçün Türkiyədə qiyabi cənazə namazı qılınıb.

İstanbulun Fatih məscidində cümə namazından sonra qılınan cənazə namazında Qaşıqçının dünyanın müxtəlif ölkələrindən gələn həmkarları və dostları da iştirak ediblər.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası rəhbərinin sözçüsü Yasin Aktay "Tvitter"də bəyan edib ki, Fatih məscidi ilə yanaşı Ankaradakı Kocatepe məscidi və bir neçə digər əyalətlərdə cənazə namazı qılınacaq.

Həmçinin, Türk-Ərəb Media Dərnəyinin sədri Turan Qışlaqcı Türkiyədən başqa, Məkkə, London, Paris, Vaşinqton, İslamabad, Cakarta, Rabat, Tunis və Küveytdə də Xaşogi üçün qiyabi cənazə namazları qılınacağını açıqlayıb.(virtualaz.org)

© AzNews.az