Jurnalistin qətli ilə bağlı diqqət çəkən iki məqam var Jurnalistin qətli ilə bağlı diqqət çəkən iki məqam var

Camal Qaşıqçının cəsədini kimyəvi məhlulla parçalayıblar

Jurnalistin qətli ilə bağlı diqqət çəkən iki məqam var

Səudiyyə Ərəbistanının versiyasına görə jurnalist Camal Qaşıqçı ya boğularaq, ya da yüksək dozada dərman verilərək öldürülüb. Türkiyənin təhlükəsizlik və məhkəmə rəsmilərinə görə isə Qaşıqçıya öldürüldükdən sonra qanının laxtalanması üçün dərman yeridilib. Qatillərin məqsədi cəsədi parçalamaq və dəlilləri yox etmək olub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Baş Prokuroru Suud əl Mucebin dünən Camal Qaşıqçı qətli ilə bağlı verdiyi bəyanatda diqqət çəkən iki məqam olub.

Oktyabrın 29-da Türkiyəyə gələn və İstanbul Baş Prokuroru İrfan Fidanla keçirdiyi görüş zamanı Muceyibə belə bir sual verilib: "Camal Qaşıqçının öldürülməsində qatillərlə əməkdaşlıq edənlər və cəsədin yox edilməsinə yardımçı olan yerli tərəfdaşlar kimlərdir?” sualına, o, "Bizim belə bir fikrimiz və açıqlamamız yoxdur" cavabını verib.

Səudiyyənin Baş Prokurorunun bu cavabı İstanbul Prokurorluğunun oktyabrın 31-dəki açıqlamasında yer alıb: "Camal Qaşıqçının öldürülmə prosesində yerli tərəfdaşın kimliyi araşdırılıb və buna belə bir yazılı cavab verilib: “Yerli tərəfdaşın olduğuna dair Səudiyyə Ərəbistanı krallığının orqanlarının hər hansı bir bəyanatı yoxdur".

Baş Prokuror Suud əl Mucebin verdiyi bəyanatda diqqətçəkən ikinci məqam isə Camal Qaşıqçının boğularaq öldürülməsi deyilir. Ancaq əslində onun başına torba keçirərək öldürüblər, cəsədi isə kimyəvi maddə ilə parçalayaraq məhv ediblər.

Səudiyyəli rəsmilər isə cinayətin bu detallarını gizlədiblər.

Babək Göyüş

AzNews.az