Ölənlərdən biri pilot, digəri isə təyyarə sürməyi öyrənən kursant olub Ölənlərdən biri pilot, digəri isə təyyarə sürməyi öyrənən kursant olub

Türkiyədəki təyyarə qəzasında iki nəfər öldü

Ölənlərdən biri pilot, digəri isə təyyarə sürməyi öyrənən kursant olub

Türkiyənin Dənizli əyalətində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfərin öldüyü məlum olub.

Bunu əyalətin valisi Hasan Karahan bildirib.

Ölənlərdən biri pilot, digəri isə təyyarə sürməyi öyrənən kursant olub. Onların meyitləri təyyarənin qalıqları altından çıxarılıb.

Qeyd edək ki, noyabrın 19-da Dənizlidə təlim təyyarəsi qəzaya uğrayıb.(report.az)

© AzNews.az