Məhbusların 95,7 faizini kişilər, 4,3 faizini isə qadınlar təşkil edir. Məhbusların 95,7 faizini kişilər, 4,3 faizini isə qadınlar təşkil edir.

Türkiyədə məhbusların sayı artıb

Məhbusların 95,7 faizini kişilər, 4,3 faizini isə qadınlar təşkil edir.

2017-ci ildə Türkiyə həbsxanalarında cəza çəkənlərin sayı 2016-cı illə müqayisədə 15,7 faiz artıb.

Bu barədə Türkiyə Statistika İnstitutu (TÜİK) məlumat verir.

Məhbusların 95,7 faizini kişilər, 4,3 faizini isə qadınlar təşkil edir. 2017-ci ildə ümumilikdə 215 761 nəfər həbs olunub.

Ötən il həbs olunan vətəndaşların 17,3 faizi oğurluq, 12,3 faizi bilərəkdən xəsarət yetirmə, 7,2 faizi narkotik vasitələrin qanunsuz istehsalı və satışı, 3,7 faizi isə adam öldürmədə ittiham olunub.

Məhbusların 59,5 faizi digər cinayətlərə görə azadlıqdan məhrum edilib.(trend.az)

© AzNews.az