Uşağın cibinə isə məktub qoyub... Uşağın cibinə isə məktub qoyub...

Anası azyaşlı uşağı atıb getdi - FOTO

Uşağın cibinə isə məktub qoyub...

Türkiyənin Bursa şəhərində alış-veriş mərkəzlərinin birində anası tərəfindən tərk edilən uşaq tapılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 15:30 radələrində bir qadın 3 yaşlı oğlunu alış-veriş mərkəzindəki uşaq əyləncə bölməsinə gətirib. Uşaq bir müddət oynadıqdan sonra ağlamaya başlayanda mühafizəçilər onun anasını axtarıblar. Daha sonra isə uşağın cibində anasının yazdığı məktub tapılıb.

Qadın məktubda bunları yazıb: “Çox pis vəziyyətdəyəm. Uşağa baxacaq imkanım yoxdur. Tək çarəm isə budur. Tək başıma ancaq bu qədər baxa bildim. Özümə belə, baxa bilmirəm. Uşağın adı Həmzədir. Anası isə mən - Qəmzə”.

Mühafizəçilər polisə zəng edərək hadisə barədə xəbər veriblər. Polis məktubda adı yazılan uşağın anası Qəmzənin axtarışına başlayıb.

Nigar CƏFƏR
AzNews.az

image description image description