Etiraf ifadəsindən sonra Beril saxlanıldığı həbsxanadan azad edilib. Etiraf ifadəsindən sonra Beril saxlanıldığı həbsxanadan azad edilib.

Adnan Oktara daha bir zərbə

Etiraf ifadəsindən sonra Beril saxlanıldığı həbsxanadan azad edilib.

Adnan Oktarın cinayətkar qrupunun ən öndə olan “kedicik”lərindən sayılan Beril Koncagül də hər şeyi etiraf edib.

Türkiyə mətbuatının yazdığına görə, Beril təxminən 100 səhifəlik ifadəsində Adnan Oktarın və onun qrupunun azyaşlı uşaqları cinsi istismar etməsi, azadlıqlarını əlindən alması, təhdid və şantaj hərəkətləri barədə geniş açıqlama verib.

Beləliklə, o, 10 il ərzində qrupda gördüklərinin hamısını danışıb. Beril qrupun üzvləri tərəfindən daima təhdid edildiyini, bu səbəbdən qrupda qaldığını deyib. Həmçinin döyüldüyünü, televiziya proqramında rəqs etməyə vadar edildiyini, bədəninə zorla döymələr vurulduğunu, günlərlə otaqda bağlı saxlanıldığını da etiraf edib.

Etiraf ifadəsindən sonra Beril saxlanıldığı həbsxanadan azad edilib. Məlumata görə, qadın 8 gün dindirildikdən sonra, etirafçı olması və peşmançılıq ifadə etməsinə görə azadlığa buraxılıb.

Beləliklə, Adnan Oktar qrupunda etiraf açıqlamaları verən üzvlərinin sayı 31-ə çatıb. Digər məlumatlara görə, peşman olan digər 4 nəfər də etiraf etmək üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Xatırldaq ki, 6 aydır ki, həbsxanada olan Adnan Oktar bu günlərdə Türkiyə prezidenti başda olmaqla, bir neçə dövlət qurumunun rəhbərlərinə məktub göndərib. A.Oktar məktubunda həbsxanadakı saxlanılma şəraitindən narazılığını bildirib, vəziyyətinin yaxşılaşdırılmasını xahiş edib.(musavat.com)

© AzNews.az