“Barselona” “Barca Tekstil” şirkətini məhkəməyə verib. “Barselona” “Barca Tekstil” şirkətini məhkəməyə verib.

“Barselona” Türkiyə şirkətini məhkəməyə verdi

“Barselona” “Barca Tekstil” şirkətini məhkəməyə verib.

İspaniyanın “Barselona” klubu Türkiyənin İstanbul şəhərinin Şişli rayonunda yerləşən “Barca Tekstil” şirkətini məhkəməyə verib.

“Hürriyet” nəşri xəbər verir ki, Kataloniya təmsilçisi şirkəti “Barca” brendindən qanunsuz istifadədə ittiham edərək, adının dəyişdirlməsini istəyib. “Barselona”nın İstanbul Fikri ve Sınai Haklar Məhkəməsinə təqdim etdiyi şikayət ərizəsində klubun “Barça” adı ilə tanındığı və dünyanın köklü klublarından olduğu ifadə edilib, 100-dək ölkədə qeydiyyatdan keçmiş markasının mövcudluğu vurğulanıb.

“Barca Tekstil”in sahibi Ali Öziçer isə deyib ki, şirkət 1997-ci ildə qurulub və “Barca” italyanca “yaxta” deməkdir: “Firmamızın adı ilə Almaniya və İtaliya daxil olmaqla, bir çox Avropa ölkəsinə geyim satırıq. Bu adla bir çox ölkədə qeydiyyatdan keçmiş şirkətik. Bunun üçün İspaniyaya da müraciət etdik, amma rədd cavabı aldıq. “Barselona” klubu da Türkiyədə “Barça” adında bir restoran açmaq istəyir. Bunun üçün müvafiq quruma iki dəfə müraciət ünvanlayıblar. Biz buna etiraz edincə, şirkətimizi məhkəməyə veriblər”.

Qeyd edək ki, “Barselona” 1899-cu ildə təsis olunub.(report.az)

© AzNews.az