Ərdoğan bu gün Moskvaya səfər edir. Ərdoğan bu gün Moskvaya səfər edir.

Ərdoğan yenə Putinin yanına gedir - Məqsəd nədir?

Ərdoğan bu gün Moskvaya səfər edir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yanvarın 23-də Moskvaya işgüzar səfərə gələcək.

AzNews.az Rusiya mətbuatına xəbər verir ki, Ərdoğanla Putin arasında görüş bu gün Moskvada baş tutacaq. Görüş zamanı Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması məsələsi əsas mövzu olacaq.

Bufer zonasının yaradılması haqqında müzakirə hələ 2013-cü ildə başlayıb. Bu ideyaya rəsmi Ankara hər il dəfələrlə qayıtsa da, hələki bu istiqamətdə danışıqlar getmir.

Ötən ilin sentyabrında Putinlə Ərdoğan arasında müzakirə edilən əsas mövzu Suriyanın Türkiyə ilə sərhədində olan İdlib əyaləti idi. Rəsmi Moskva Dəməşqin İdlibi azad etməsi istiqamətində apardığı hərbi əməliyyatları dəstəkləsə də, Türkiyə buna qarşı idi.

Sentyabrın 17-də keçirilən Soçi görüşündə isə prezidentlər həmin ərazidə hərbi əməliyyatlar keçirməkdən imtina ediblər.

Fəridə Abdulla

AzNews.az