Həyatını qurtarmaq mümkün olmayıb. Həyatını qurtarmaq mümkün olmayıb.

Universitet tələbəsi 7-ci mərtəbədən düşərək öldü

Həyatını qurtarmaq mümkün olmayıb.

Türkiyənin Dənizli bölgəsində 21 yaşlı universitet tələbəsi Ayçin Işık komfortlu bir binanın 7-ci mərtəbəsindən düşərək həyatını itirib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə saat 02:00-da Şemkilər məhəlləsi Cinkaya bulvarındakı bir binada baş verib.

Pamukkalə Unversitetinin qastranomiya və mətbəx sənətləri fakültəsinin tələbəsi Ayçin Işık ev yoldaşı Burçin A. ilə söhbət etdikdən sonra balkona çıxıb. Hələlik müəyyən olmayan bir səbəbdən müvazinətini itirərək təxminən 30 metr yüksəklikdən beton asfalta düşüb.

Səsə gələn təhlükəsizlik nümayəndələri gənc qızı yerdə görəndə sağlamlıq və polis işçilərinə xəbər veriblər.

Ağır yaralanan qız Denizli dövlət xəstəxanasına aparılıb. Amma Işıkın həyatını qurtarmaq mümkün olmayıb.

Işıkın balkondan düşdüyünü görən dostu Burçin də ifadə alınmaq üçün polis idarəsinə götürülüb.

Səidə Nurməmmədli

AzNews.az

image description