- Türkiyə
- 4 Mart 2019 14:55
- 2 001
İstanbulda qan donduran dəhşət!

Polis hadisə yerində araşdırma aparır.
Türkiyənin İstanbul şəhərinin Pendik bölgəsində Ahmetyesevi məhəlləsində bir nəfər bacısının ərini öldürüb.
AzNews.az xəbər verir ki, hadisə səhər saatlarında baş verib.
Şərəf Çalışkan adlı şəxs problemi olan həyat yoldaşının qardaşlarının evinə gedib. Şərəf Çalışkan ilə həyat yoldaşının qardaşları İsa və Musa Çalışkan arasındakı mübahisə davaya çevrilib.
Ş.Çalışkanın atəş açması nəticəsində iki qardaş ayaqlarından yaralanıb. İsa Çalışqanın silahından çıxan güllə isə Şərəf Çalışkanın ölümünə səbəb olub.
Hadisə yerinə çox sayda polis göndərilib. Polis hadisə yerində araşdırma aparır.
Pərvanə Ağazadə
AzNews.az