Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir. Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.

Türkiyədə zəncirvari yol qəzası oldu - xəsarət alanlar var

Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.

Türkiyədə zəncirvari yol qəzası baş verib.

Bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, hadisə Kayseri-Malatya yolunun 81-ci kilometrliyində qeydə alınıb. Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.

Qeyd edilir ki, dumanlı hava şəraiti, habelə yolun buz bağlaması 8 avtomobilin toqquşmasına səbəb olub. Qəza nəticəsində avtomobillərdən bəziləri yoldan çıxaraq aşıb.

Hadisə zamanı 13 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır. (Report)