Evdən pulları və qızılları oğurlayıb Evdən pulları və qızılları oğurlayıb

Kömək istədiyi dostu evinə soyğuna girdi

Evdən pulları və qızılları oğurlayıb

Türkiyənin Antalya şəhərində qəribə oğurluq hadisəsi qeydə alınıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Antalyada xəstəxanada olarkən ən yaxın dostu tərəfindən evinin soyulduğunu deyən 37 yaşlı Sevilay Bayramın evindən 33 min lirə pul, 60 min lirəlik qızıl zinət əşyaları oğurlanıb.

Belə ki, halı pisləşən Sevilay Bayram ən yaxın dostu Fuat Turan adlı şəxsdən onu xəstəxanaya aparmasını xahiş edib.

Fuat Turan qadının xəstə olmasından istifadə edərək onun evinin açarını götürüb və dostu Burhan Kalkanla birlikdə qadının evini soyub.

Sevilay Bayram qızıl dükanının bağlandığı üçün əlində qalan qızılları və pulları bir çantanın içində evdə saxlayırmış.

Həmin şəxs polis tərəfindən saxlanılıb.

Nigar CƏFƏR

AzNews.az