Geçən il iki ölkə arasında 7 min 919 təyyarə ilə 972 min 533 sərnişin daşınıb Geçən il iki ölkə arasında 7 min 919 təyyarə ilə 972 min 533 sərnişin daşınıb

Ankara və İzmirdən Bakıya birbaşa uçuşlar başlayır - Türk nazirdən açıqlama

Geçən il iki ölkə arasında 7 min 919 təyyarə ilə 972 min 533 sərnişin daşınıb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Cahit Turhan deyib ki, Türk hava yollarının (THY) Antalya-Bakı reysindən sonra aprelin 22-dən başalayaraq Ankaradan Bakıya, yaz aylarında isə Pegasus hava yolları ilə İzmirdən Bakıya uçuşlara başlanılacaq.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda informasiyanı nazir Anadolu agentliyinə bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə həftə ərzində Türkiyə ilə Azərbaycan arasında ən azı 70 reys həyata keçirilib. 2018-ci ildə isə bu rəqəm 125 olub.

Geçən il iki ölkə arasında 7 min 919 təyyarə ilə 972 min 533 sərnişin daşındığını bildirən Turhan hava yolu ilə çatdırılan yüklərin miqdarının 17 bin 572 tona çatdığını qeyd edib.

Nazir uçuşlarda yaşanan artımın iki ölkə arasındaki iqtisadi və mədəni əlaqələrə yaxşı təsir göstərəcəyini də vurğulayıb.

Nigar CƏFƏR

AzNews.az