"Pasxa bayramı zamanı törədilən terror aktlarını qətiyyətlə pisləyirəm" "Pasxa bayramı zamanı törədilən terror aktlarını qətiyyətlə pisləyirəm"

“Şri-Lankadakı teraktlar bütün bəşəriyyətə qarşı yönəldilib” - Ərdoğan

"Pasxa bayramı zamanı törədilən terror aktlarını qətiyyətlə pisləyirəm"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şri-Lankada kilsələrdə və otellərdə törədilən terror aktlarını qətiyyətlə pisləyib.

Bu barədə T.Ərdoğan öz "Twitter" səhifəsində yazıb.

Türkiyə prezidenti bildirib: "Pasxa bayramı zamanı törədilən terror aktlarını qətiyyətlə pisləyirəm. Bu hücumlar bütün nəşəriyyətə qarşı yönəldilib".

T.Ərdoğan öz və bütün Türkiyə xalqının adından terror aktlarında həlak olanların ailələrinə başsağlığı, xəsarət alanlara isə tez bir zamanda sağalmalarını diləyib.

Qeyd edək ki, Şri-Lankada Pasxa bayramı zamanı Kolombo şəhərində və ölkənin digər yerlərində yerləşən otellərdə və kilsələrdə 6 partlayış törədilib.

Son məlumatlara əsasən, partlayışlar nəticəsində 185 nəfər həlak olub, təxminən 500 nəfər yaralanıb.(trend.az)

AzNews.az