Bu gün sosial mediada yer alan köşə yazarları bir az ehtiyatlı olmalıdır Bu gün sosial mediada yer alan köşə yazarları bir az ehtiyatlı olmalıdır

O adama yumruq vurduracaq qədər nə etmisən, sən Kemal Kılıçdaroğlu? - Bahçeli

Bu gün sosial mediada yer alan köşə yazarları bir az ehtiyatlı olmalıdır

MHP sədri Devlet Bahçeli CHP başqanı Kemal Kılıçdaroğluna hücum edilməsi ilə bağlı açıqlama verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, Antalyanın Manavqat ilçəsində təşkil olunan İl başqanları və Bələdiyyə sədrlərinin iclasından qayıdarkən Afyonda verdiyi fasilədə jurnalistlərin suallarını cavablandırıb.

CHP sədri Kemal Kılıçdaroğluna edilən hücumla bağlı fikirləri soruşulan Bahçeli hadisədən məmnun olmadığını deyib:

“Bunu bir siyasi partiyanın, üstəlik iqtidardan sonra Məclisdə say çoxluğu olan siyasi partiyanın liderinə etmək yaraşmaz, qəbul edilməsi mümkün deyil.

Amma məlumat üçün deyim ki, istənilən siyasi partiyanın lideri hara necə gedəcəyini özü araşdırmalı, məsləhətçiləri ilə müzakirə aparmalı, partiya rəhbərləri ilə danışmalı, ondan sonra əgər çox uyğun olarsa, hər cür ehtimala qarşı tədbir görərək getməlidir”.

Çubuk Akkuzulu məhəlləsində ən son seçkidə Cumhur İttifaqının 73.30%, CHP və İYİ Partiya İttifaqının isə 9.83% səs topladığını xatırladan Devlet Bahçeli sözlərinə belə davam edib:

“Yəni gərginlik içində olan seçki iddiası var. Bu seçki mühitində 9% səs aldığın yerə, şəhidin cənazə namazında iştirak etmək üçün getməyi düşünürsən, bəs orda qarşılaşacağın hadisəni necə izah edəcəksən? 1 may hadisələrinə bu gündən hazırlıq görülür? Mazbata vasitəsilə Türkiyədə fərqli-fərqli nəticələr əldə etmək üçün çalışırsınız? Bu hadisəni Daxili İşlər naziri hər tərəfli araşdırmalıdır. Kənd xalqı bir-bir dinlənilməlidir. CHP-yə necə baxırlar, təhlükəsizlik qüvvələri “Bu evə aparın, orda narahatçılığı azaldaq” deyəndə ev sahibi “Bunu bura gətirməyin” deyirsə, bunları ictimaiyyətlə paylaşın. Hörmətli Uğur Dündar, bunları bir araşdır lütfən. MHP-ni təhrik edən bir ünsür olaraq Bahçelini gündəmə gətirməyin faydası nədir? Bunun CHP-yə də faydası yoxdur”.

Bahçeli Kılıçdaroğluna hücumu ətraflı düşünməyin vacib olduğunu qeyd edib:

“Ankaraya qayıdarkən dostlarımız bizə telefonla hadisəni bildirdilər. Mən Ankara İl Başqanımıza “Akkuzulu məhəlləsininin vəziyyətini öyrən görək” dedim. İzlədiyim yol budur. Ordakı potensialı gördükdən sonra təhrikə, təşviqə, dava-dalaşa, atışmağa uyğundur, yoxsa yox? 9.83% səs aldığın yerə hələ məhkəmədə günahsızlığı sübut olunmuş bələdiyyə başqanı ilə gedirsən. O bölgədə nə işin var sənin? İki gün sonra cənazə evinə getsən, başsağlığı versən nə olar? Ankaradan başqa hansı cənazə mərasiminə bu qədər iştahla getdin? Bunları millət soruşmalıdır. Xüsusilə də bu gün sosial mediada yer alan köşə yazarları bir az ehtiyatlı olmalıdır. MHP-ni günahlandıranda nə olacaq? Yəni MHP-ni bu qarşıdurmanın ortasına çəkəcək qədər səndə ağıl da, zəka da yoxdur. Sənin sözünlə hərəkət edəcək MHP də yoxdur. Sən kimsən ki, bizi belə vəziyyətdə oyunun içərisinə çəkəsən. 50 ildir çəkə bilməyiblər, sən necə çəkəcəksən? Bu Akkuzuluda yaşayanların kim olduğuna baxsan, çoxu inancları, siyasi davranışları ilə sərt adamlardır. “Bu adam burda nə gəzir, bunu buraxmayın kəndə” deyiblər. Televiziyada yaşlı bir adam yumruq vurur. O adama yumruq vurduracaq qədər nə etmisən, sən Kemal Kılıçdaroğlu? Kemal Kılıçdaroğlu tətilə çıxmalıdır”.

Pərvanə Ağazadə

AzNews.az